Messi Argentina yığmasını 1/8 finala çıxardı-VİDEO
22-06-2014, 10:40
Oxunub: 4 263
Braziliyada keçirilən futbol üzrə dünya çempionatında E və F qrupunda II turun oyunları start götürüb
Öncə 2 Avropa yığması üz-üzə gəlib.İlk turda qalib gələn iki tərəf İsveçrə ilə Fransanın qarşıdurmasından kimin 1/8 finala çıxacağını müəyyənləşdirib. Fransa 5:2 hesabı ilə gözəl qələbə qazanaraq, 1/8 finala yüksəlib. Tərəflər buna qədər 36 dəfə üz-üzə gəlib. 12 dəfə İsveçrə, 15 dəfə Fransa qalib olub. 9 görüşdə isə heç-heçə qeydə alınıb. Təp fərqində Fransa üstündür – 62:58.
E qrupunun ikinci görüşündə isə Honduras mundiala erkən vida deyib. Honduras Ekvadorla görüşdə də məğlub olaraq, növbəti mərhələyə çıxmaq şansını itirib. Bu görüş 2:1 hesabı ilə ekvadorluların xeyrinə başa çatıb.
Qrupun favoriti sayılan Argentina İranı sınağa çəkib. Birinci oyunda Bosniya və Herseqovinanı məğlubiyyətə uğradan Lionel Messinin komanda yoldaşları üçün cənub qonşularımızla mübarizədə qələbə qazanmağın asan olmayacağı bəlli idi. Çünki ilk turda İran Afrikanın güclü yığmalarından Nigeriya ilə qolsuz bərabərə qalmışdı. Amma məhz Messinin son dəqiqələrdə vurduğu qol Argentinaya mühüm qələbə qazandırmaqla yanaşı, komandasını 1/8 finala çıxarıb.
21 iyun
E qrupu
İsveçrə - Fransa - 2:5
Qollar: Djemaili, 81; Xhaka, 87 - Jiru, 17; Matudi, 18; Valbuena, 40; Benzema, 67; Sissoko, 73
Hakim: Byörn Kuypers (Hollandiya)
Salvador. “Arena Fonte-Nova”
İsveçrə: Benaglio, Lichtşteyner, Bergen, İnler, Seferoviç, Xnaka, Bezrami, Rodriqes, Mehmedi, Jouru, Şhagiri
Fransa: Lloris, Debuçi, Evra, Varan, Şako, Kabaye, Valbuena, Jiru, Benzema, Matuidi, Sissoko
Honduras – Ekvador - 1:2
Qollar: Kostli, 31 - E.Valensiya, 34; 65
Hakim: Bencamin Uilyams (Avstraliya)
Kuritiba. “Arena Bayşada”
Honduras: Valladares, Fiquero, Bernardes, Emilio, Benqston, Kostli, Boniek, Espinoza, Qarridi, Klaros, Beckeles
Ekvador: Dominqos, Guagua, Erazo, Paredes, Noboa, Montero, Ayovi, Caicedo, E. Valensiya, Minda, A. Valensiya
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər