BolgeXeber.Com » İdman » "Sumqayıt" FK Lənkəranda "Xəzər Lənkəran"ı belə məbluğ etdi-VİDEO,FOTO

"Sumqayıt" FK Lənkəranda "Xəzər Lənkəran"ı belə məbluğ etdi-VİDEO,FOTO

17-08-2014, 11:35
Oxunub: 5 143 Orxan Sadıqlı oyundan əvvəl:"Uduzmaq bir yana, “Sumqayıt”la hətta heç-heçə də biabırçı nəticə sayılacaq”

Dünən Azərbaycan Premyer Liqasının 2-ci turunda "Xəzər Lənkəran" öz meydanında "Sumqayıt"a 0:1 hesabı ilə uduzub. Çoxları “Xəzər Lənkəran”ın öz meydanında asan qələbə qazanacağını proqnozlaşdırsa da, hər şey əksinə olub. 34-cü dəqiqədə Orxan Sadıqlının meydandan qovulmasından sonra azlıqda qalan cənub təmsilçisi az sonra qapısında qol görüb.
Qalan vaxt ərzində buraxılan qolun əvəzini çıxa bilməyən “Xəzər Lənkəran” mövsümün ilk ev oyununda sensasion məğlubiyyətlə üzləşib.
Qeyd edək ki,“Xəzər Lənkəran” klubunun qapıçısı Orxan Sadıqlı qarşılaşmadan əvvəl apasport.az saytına müsahibəsində bildirmişdi ki:” “Sumqayıt”a hörmət edirik və onların necə oynadığını bilirik. İstənilən vaxt hər bir rəqibə müqavimət göstərirlər və xal alırlar. Doğma şəhərdə, öz stadionumuzda oynayacağıq. Çempionluq üçün mübarizə aparırıqsa, belə komandaları məğlub etməliyik. Uduzmaq bir yana, “Sumqayıt”la hətta heç-heçə də biabırçı nəticə sayılacaq”. Oyunun tam görüntüsünü təqdim edirik.

***
"Xəzər Lənkəran" - "Sumqayıt" 0:1
16 avqust 2014. Saat 20:00. “Xəzər Lənkəran” mərkəzi stadionu. 8500 tamaşaçı
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Elman Musayev, Rahil Ramazanov
Dördüncü hakim: Nail Nağıyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sarı vərəqələr: Vanderson Skarduelli, 30 (qeyri-idman hərəkəti); Rəşad Sadiqov, 72 (qeyri-idman hərəkəti) // Orxan Əliyev, 17 (qeyri-idman hərəkəti); Tagim Novruzov, 54 (qeyri-idman hərəkəti); Aleksandr Çertoqanov, 78 (qeyri-idman hərəkəti); Təvəkkül Məmmədov, 81 (fitdən sonra topa zərbə); Şahruddin Məhəmmədəliyev, 90+1 (bilərəkdən vaxtı uzatdığına görə)Qırmızı vərəqə: Orxan Sadıqlı, 38 (rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə)Qol: Məhəmməd Qurbanov, 38 (p.)Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Düzdür, rəqib komanda “Xəzər Lənkəran” 10 nəfərlə oynasa belə, üstünlük bizdə deyildi. Bu gün bizim günümüz idi. Qələbə bizə vacib 3 xal qazandırdı. Meydançanın ot örtüyü yaxşı deyildi. Bəzən futbolçular topla yox, meydança ilə mübarizə aparırdılar. Komandaya yeni futbolçular cəlb olunub. Düşünürəm ki, onların da gələcək oyunlarda bizə köməyi dəyəcək”.
Oğuz Çetin, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Öz meydançamızda oynadığımız matçda tək bir məqsədimiz vardı. Qələbə qazanmalıydıq, eyni zamanda öz oyunumuzu göstərməli idik. Biz yaxşı bir komandayıq. Məğlub olsaq da, irəlidəki turlar üçün həyəcanlı deyilik. Amma futbolda adi bir epizod çox şeyi dəyişir. Öz meydanımızda oyunu çevirə bilməməyimizə üzülürük. İki həftə içində 5 xal itirdik. “Simurq”la oyunda bu işə son vermək lazımdır. Biz necə bir komanda olduğumuzu göstərməliyik”.