BolgeXeber.Com » İdman » "Qarabağ"ın oyununa getmək istəyənlərə PİS XƏBƏR

"Qarabağ"ın oyununa getmək istəyənlərə PİS XƏBƏR

9-11-2023, 12:51
Oxunub: 2 256

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Almaniya klubu “Bayer 04”lə oyununa 30 000 bilet satılıb.

Bu barədə Bolgə.TV-yə “Qarabağ”ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bugünkü qarşılaşma üçün bütün biletlər satılıb. Bu isə o deməkdir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə tribunalar tam dolu olacaq.

Qeyd edək ki, “Qarabağ” - “Bayer 04” matçı saat 21:45-də başlayacaq.