BolgeXeber.Com » İdman » Qurban Qurbanovun həyatından film çəkildi

Qurban Qurbanovun həyatından film çəkildi

15-11-2023, 12:46
Oxunub: 1 824

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun həyatına həsr olunan film çəkilib.

Bolgə.TV  xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

“Stadionlar səssiz olanda” adlanan film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.

Ölkəmizin ən uğurlu məşqçilərindən sayılan Qurban Qurbanova həsr olunmuş idman dramında onun, 20-ci əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti lentə alınıb.