BolgeXeber.Com » İdman » Türkiyə yığmasını aparan təyyarə təcili eniş etdi

Türkiyə yığmasını aparan təyyarə təcili eniş etdi

22-11-2023, 10:52
Oxunub: 1 472

Avro-2024-ün seçmə mərhələsində Uelslə oyundan qayıdarkən Türkiyə millisini aparan təyyarə Almaniyada təcili eniş edib.

Bolgə.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, buna səbəb qardaş ölkə yığmasının baş məşqçisi Vinçentso Montellanın qardaşı Emanuel Montellanın səhhətinin pisləşməsi olub.

Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Həmid Altıntop və V.Montella yığmanın həkimi ilə birlikdə xəstəxanaya yollanıblar.

Qeyd edək ki, Uelslə 1:1 hesablı heç-heçə edən Türkiyə millisi D qrupunu 17 xalla lider başa vurub.