BolgeXeber.Com » İdman » Mario Balotelli yol qəzası keçirdi

Mario Balotelli yol qəzası keçirdi

24-11-2023, 15:55
Oxunub: 2 000

"Adana Dəmirspor"un ulduzu Mario Balotelli İtaliyada yol qəzası keçirib.

Bolgə.TV xarici mətbuata istinadən xəbər verir ki, alkoqol testindən keçməkdən imtina etdiyi üçün təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılan 33 yaşlı futbolçu qəzadan xəsarət almadan sağ çıxıb.

Məlumata görə, Balotellinin avtomobili yararsız hala düşüb.

Zədəsi səbəbindən əməliyyat olunmaq üçün İtaliyaya gemişdi. 

“Adana Dəmirspor”dan verilən açıqlamada “Ölkəsi İtaliyada yol qəzası keçirən futbolçumuz Mario Balotellinin səhhətinin yaxşı olduğunu, evində dincəldiyini və heç bir probleminin olmadığını bildirmək istərdik”, - deyə qeyd olunub.