Qurban Qurbanov: “Norveçdən uğurlu nəticə ilə dönmək istəyirik”
29-11-2023, 13:44
Oxunub: 1 952
“Norveçdə yaxşı oyun sərgiləyib, uğurlu nəticə ilə dönmək istəyirik”.
Bolgə.TV-nin məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Molde” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunu ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.
51 yaşlı mütəxəssis qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:
“Matça hazırlığımız pis keçmədi. Hər şey qaydasındadır. Oyun günü son məşqimiz olacaq. Qarşılaşmaya hazırlığı da o zaman bitirəcəyik. İnanıram ki, uğurlu oyun alınar. Yəqin ki, rəqib də eyni fikirdədir. Onların da böyük şansı var. Məncə, meydanda ciddi mübarizə gedəcək. “Molde”nin evdə oynayacağını da nəzərə alırıq. Üstəlik, meydanları süni örtüklüdür. Yenə də öz oyunumuzdan əl çəkməməyə çalışacağıq. Bunu bacarıb-bacarmayacağımızı oyunda biləcəyik”.
Qeyd edək ki, dekabrın 1-də keçiriləcək “Molde” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər