BolgeXeber.Com » İdman » "Qarabağ"FK Konfrans Liqasına vəsiqə qazandı

"Qarabağ"FK Konfrans Liqasına vəsiqə qazandı

1-12-2023, 08:22
Oxunub: 1 944

 “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti matçını keçirib.

Bolgə.TV xəbər verir ki, "Molde" səfərində 2-2-lik bərabərliyə imza atan təmsilçimiz Konfrans Liqasına vəsiqəni təmin etməklə yanaşı, Avropa Liqasının pley-offuna yüksəlmək üçün yaxşı şans əldə edib.

Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən “Qarabağ” ikinci pillədəki yerini qoruyub. Eyni xala malik “Molde” isə üçüncü yerdə qalıb.

Qrupun digər oyununda Almaniyanın “Bayer” klubu səfərdə İsveç təmsilçisi “Hekken”i 2:0 hesabı ilə məğlub edib. Almaniya təmsilçisi xallarının sayını 15-ə çatdırıb. "Hekken"in isə xalı yoxdur.

Qeyd edək ki, “Qarabağ” yer aldığı H qrupunda son matçını dekabrın 14-də Bakıda İsveç klubu “Hekken”ə qarşı keçirəcək.