Bakıda satqın ananın məhkəməsidir
26-12-2011, 13:50
Oxunub: 5 322
Azərbaycanda azyaşlı övladını satmaq istəyən qadına hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı övladını satmaqda təqsirləndirilən Zöhrə İsgəndərovanın və onun tanışı Murad Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bolgexeber.com-a verilən xəbərə görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Z. İsgəndərova 4 il, M. Quliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı Valeh Səmədov çıxış edərək, Z. İsgəndərovanın 9, M. Quliyevin isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məlumat üçün bildirək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonu, Könüllü kənd sakini Zöhrə İsgəndərova tanışı Murad Quliyevlə birlikdə azyaşlı oğlu Elcanı 10 min manata satarkən yaxalanıblar.
Onlar Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsinə əsasən ittiham olunurlar.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes