Oxunub: 8 055Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə kiçik vətəni hesab etdiyi Aleksandriya aqroşəhərini göstərib.
Oxu.Az xəbər verir ki, burada liderlər bir neçə saat qeyri-formal söhbət edib, Lukaşenkonun böyüdüyü evə baxıb, kənddə gəzib, yerli gözəlliklə tanış olublar.
Qeyd edilib ki, liderlər modernləşdirilmiş 1960-cı il buraxılışı olan “QAZ-69” avtomobilində gəziblər. Avtomobili Lukaşenko özü idarə edib.
Belarus prezidentinin doğma evində Putin üçün xüsusi yeməklər hazırlanıb və liderlər Belarusun milli içkisini dadıblar.