BolgeXeber.Com » Dünya » İranlı admiral: Rusiya və Çinlə təlimlər...

İranlı admiral: Rusiya və Çinlə təlimlər...

14-03-2024, 18:48
Oxunub: 1 000

“Rusiya, İran və Çinin iştirakı ilə “Dəniz təhlükəsizlik kəməri - 2024” hərbi dəniz təlimlərinin keçirilməsi Hind okeanının şimalında təhlükəsizliyi təmin etmək üçün yeni alyansın formalaşmasından xəbər verir”.


Bunu İslam Respublikasının nümayəndəsi, İran Hərbi Dəniz Qüvvələrinin ikinci kontr-admiralı Mustafa Tac əd-Dini deyib.

“Bu mühüm təlimlər ardıcıl beş ildir keçirilir və dünya Hind okeanının şimal hissəsində təhlükəsizliyi təmin etmək üçün İran, Çin və Rusiyanın yeni beynəlxalq ittifaqın yaradılmasının şahidi oldu”, - deyə İran nümayəndəsi qeyd edib.

Əd-Dininin sözlərinə görə, gələcəkdə bu təlimlərdə tamhüquqlu iştirakçı olmaq üçün Azərbaycan, Qazaxıstan, Oman, Pakistan və Cənubi Afrikanın hərbi dəniz qüvvələrinin nümayəndələri müşahidəçi qismində çıxış ediblər.