BolgeXeber.Com » Dünya » Türkiyə sahillərində miqrantları daşıyan qayıq batıb: Ölənlər var

Türkiyə sahillərində miqrantları daşıyan qayıq batıb: Ölənlər var

15-03-2024, 15:49
Oxunub: 1 016

Türkiyənin Çanaqqala bölgəsində qanunsuz miqrantları daşıyan qayıq batıb.


Çanaqqalanın Eceabat rayonu sahillərində baş verən hadisə zamanı ikisi körpə olmaqla azı 8 nəfər ölüb.

Bölgəyə cəlb edilən sahil təhlükəsizlik qrupları dörd nəfəri xilas edib.

Çanaqqala valisi İlhami Aktaş da məsələ ilə bağlı açıqlama verərək, Eceabat rayonu sahillərində axtarış-xilasetmə işlərinə başlandığını deyib.