Bakıda valideynlər etiraz etdi - VİDEO
27-11-2017, 15:15
Oxunub: 2 209
Məktəbin yeganə açıq qapısına gedən yolda şagirdlərdən birini avtomobil vurub
Bu gün səhər saatlarında Bakı şəhəri, Nizami rayonunda yerləşən 251 saylı orta məktəbin qarşısında valideynlər etiraz aksiyası keçiriblər
Bolgexeber.com Report-a istinadən xəbər verir ki, narazılığa səbəb məktəbin həyətinə gedən yolların bağlanması, yalnız bir yolun açıq saxlanılmasıdır. Valideynlər həmin açıq qalan yolun təhlükəli olduğunu və əksəriyyətinin evinə uzaq olduğunu bildirib.
“Biz məcbur olub uşaqları avtomobil yolu ilə gətiririk”, - valideynlərdən biri bildirib.
Digər qapıların bağlanması səbəbindən noyabrın 21-də məktəbin yeganə açıq qapısına gedən yolda şagirdlərdən birini avtomobil vurub. Azyaşlı canını yüngül xəsarətlə qurtarıb. Valideynlərin “Report”a verdiyi məlumata görə, bir neçə gün bundan öncəyə qədər təhsil ocağının 4 giriş-çıxış qapısı olub. Onlar bildiriblər ki, direktorun qərarı ilə 3 giriş çıxış qapısı bağlanıb: “Biz valideyn olaraq problemlə bağlı dəfələrlə direktora müraciət etsək də, o, bizə “evinizi dəyişin, məktəbin əsas girişi ilə üzbəüz binadan ev alın” cavabını verib”.
Təhsil Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirib ki, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra açıqlama veriləcək.
251 nömrəli tam orta məktəbdən verilən yazılı açıqlamada bildirilib ki, məktəbin həyətyanı hasarında ilkin inşaat layihəsinə uyğun olmayan çıxışlar və qırılmış dəmir barmaqlıqlar şagirdlərin təhlükəsizliyi məqsədi ilə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən bağlanıb:
“Hazırda əsas girişdən şagirdlərin girişi-çıxışı normal təmin olunur. Valideynlərin böyük əksəriyyəti şagirdlərin əsas giriş qapısından məktəbə daxil olmasını dəstəkləyir. İki valideyn isə bununla bağlı öz narazılığını bildirib. Onlara məsələnin mahiyyəti izah olunub. Məktəbdə tədris normal şəkildə davam edir”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər