Kəlbəcərdə silah- sursat aşkarlandı
30-03-2024, 18:40
Oxunub: 6 104
Kəlbəcərdə artilleriya qurğuları və sursat aşkarlanıb.
Bu barədə Bolgə.TV-yə DİN-in mətbuat xidmətindən bildirilib.
Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Çaparlı kəndi ərazisindən 2 ədəd “KS-19” zenit silahları və Həsənirz kəndi ərazisində çoxlu sayda müxtəlif çaplı patron və avtomat daraqları aşkar olub.