Səhiyyə Nazirliyi doğum evlərində araşdırmalara başladı
9-01-2019, 12:23
Oxunub: 2 766
"Azərbaycanda neonatal skrininq proqramının pilot layihəsi hazırlanıb”.
Bolgexeber.com "Report”a istinadən xəbər verir ki, bunu K.Fərəcova adına Elmi Tədqiqat (ET) Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi Nəsib Quliyev deyib.
Onun sözlərinə görə, artıq skrininq üçün avadanlıq sifariş olunub.
N.Quliyev qeyd edib ki, pilot layihənin hazırlanmasında məqsəd yenidoğulanlar arasında tez-tez rast gəlinən fenilketonuriya, hipotireoz, mukovissidoz, adrenogenital sindrom, qlikogenoz kimiirsi xəstəliklərin erkən diaqnostikasını təmin etməkdir.
Baş pediatr əlavə edib ki, ana südü ilə qidalanmanın kütləviliyini təmin etmək məqsədi ilə təbii qidalanma üzrə klinik protokollar hazırlanıb, eyni zamanda, doğum evlərində uşaqların qidalandırılması ilə bağlı monitorinqlərə başlanılıb: "Əsas məqsəd ölkədə uşaq ölümü göstəricisini yaxın bir-iki il ərzində inkişaf etmiş ölkələrin göstəriciləri səviyyəsinə çatdırmaqdır”.
O xatırladıb ki, ötən ilin 11 ayı ərzində ölkədə 119 769 nəfər uşaq dünyaya gəlib: "2017-ci ilin müvafiq dövrü üçün bu göstərici 126 693 nəfər təşkil edib”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər