BolgeXeber.Com » Ölkə » Türkiyə ən genişmiqyaslı hərbi əməliyyatına hazırlaşır – 80 min hərbçi hazır vəziyyətdə

Türkiyə ən genişmiqyaslı hərbi əməliyyatına hazırlaşır – 80 min hərbçi hazır vəziyyətdə

17-01-2019, 16:41
Oxunub: 2 256 Türkiyə ən genişmiqyaslı hərbi əməliyyatına hazırlaşır – 80 min hərbçi hazır vəziyyətdəTürkiyə Fərat çayının şərqində genişqimyaslı antiterror əməliyyatına hazırlaşır. Türkiyənin Suriyada başlayacağı hərbi əməliyyat bu ölkənin indiyə qədər keçirdiyi ən genişmiqyaslı əməliyyat ola bilər.

Avropa.info xəbər verir ki, Suriyada planlaşdırılan əməliyyat üçün 80 minədək hərbçi hazır vəziyyətə gətirilib.

Bundan əvvəl, “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarında müvafiq olaraq 8 minədək və 6,5 min hərbçi iştirak etmişdi.

1974-cü ildə Türkiyənin Şimali Kiprdə keçirdiyi hərbi əməliyyata 40 minədək hərbçi qatılmışdı.

Xatırladaq ki, ötən ay Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Mənbic şəhərinin terrorçulardan azad olunması üçün əməliyyatın planlaşdırıldığını bildirmişdi.