BolgeXeber.Com » Ölkə » Mehriban Əliyevanın göstərişindən sonra xüsusi komissiya yaradıldı

Mehriban Əliyevanın göstərişindən sonra xüsusi komissiya yaradıldı

26-01-2019, 14:34
Oxunub: 2 434 Mehriban Əliyevanın göstərişindən sonra xüsusi komissiya yaradıldıAzərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə verdiyi göstəriş dərhal icraata götürülüb.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, “Azərenerji” ASC-də xüsusi komissiya yaradılıb və qeyd edilən vətəndaşların qısa müddətdə Səhmdar Cəmiyyətin Mingəçevir şəhərində yerləşən struktur bölmələrində müvafiq işlə təmin edilməsi məsələsi həll ediləcək.