BolgeXeber.Com » Ölkə » Bu gün qəfil dünyasını dəyişən icra başçısının – Həyatı

Bu gün qəfil dünyasını dəyişən icra başçısının – Həyatı

25-02-2019, 11:07
Oxunub: 2 887 Bu gün qəfil dünyasını dəyişən icra başçısının – HəyatıBu gün qəfil dünyasını dəyişən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən Hüseyn oğlu İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub.

Axar.az xəbər verir ki, R.İbrahimov 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakultəsini bitirərək "İnşaat mühəndisliyi" ixtisasına yiyələnib. 1986-1988-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 1991-ci ildən Azneft İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" trestində iş icraçısı olaraq başlayıb.

ARDNŞ-də (SOCAR) müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışıb.

Fevral 2011-ci ildən 18 may 2018-ci il tarixinədək ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamentinin rəisi vəzifəsində işləyib.

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 may 2018-ci il tarixili Sərəncamı ilə Naftalan İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvü idi.