BolgeXeber.Com » Ölkə » Baş Prokurorluq və DİN Yardımlıdakı silahlı insidentlə bağlı MƏLUMAT YAYDI
Baş Prokurorluq və DİN Yardımlıdakı silahlı insidentlə bağlı MƏLUMAT YAYDI
5-03-2019, 11:51
Oxunub: 2 882
23 fevral 2019-cu il tarixdə saat 17 radələrində Yardımlı rayonu, Ləzran kəndi ərazisində kənd sakini Bəhruz İsgəndərovla rayonun Şovud kənd sakini Teymur Hüseynov arasında baş vermiş münaqişə zamanı həmin şəxslər, eləcə də Pərviz İsgəndərov, İbrahim Mirzəyev xəsarət almış, Bəhruz İsgəndərov aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir
Bu barədə Bolgexeber.com-a daxil olan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.
İstintaq zamanı hadisə yeri müayinə edilmiş, maddi sübutlar götürülmüş, Bəhruz İsgəndərovun meyiti daxili və xarici müayinə edilmiş, məhkəmə-tibbi, kompleks məhkəmə-tibbi bioloji və digər ekspertizalar təyin edilmiş, şahidlərin ifadələri alınmış və digər zəruri istintaq hərəkətləri aparılmışdır.
İş üzrə Teymur Hüseynov ifadəsində Bəhruz İbrahimovu bıçaqla vurmasını etiraf etmiş və Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək fevralın 26-da barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs-qətimkan tədbiri seçilmişdir.
Rayonun Ləzran kənd sakinlərinin müraciəti nəzərə alınaraq cinayət işinin icraatı Baş Prokurorluğun Ağır cinayətlərə dair istintaq idarəsinə tapşırılmış, Baş Prokurorluq və Daxili işlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılaraq rayona ezam edilmişlər.
Cinayət işinin istintaqı və həyata keçirilən əməliyyat təhlükəsizliyi Azərbaycan Respublikasının Baş prokuroru və Daxili İşlər naziri tərəfindən xüsusi nəzarətə götürülmüşdür.
Hazırda cinayət hadisəsinin bütün iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər