BolgeXeber.Com » Mədəniyyət » Zaqatalada 2 nəfəri bıçaqlayan şəxs saxlanılıb

Zaqatalada 2 nəfəri bıçaqlayan şəxs saxlanılıb

7-10-2021, 11:08
Oxunub: 2 648 Zaqatala rayon sakinləri olan 2 nəfərin xəsarətlə xəstəxanaya gətirilmələri barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, araşdırmalarla xəstəxanaya yerləşdirilənlərin Aşağı Tala kənd sakinləri Səfər Zeynalov və Elçin Qaziyev olmaları, münaqişə zəminində həmkəndliləri İslam Ömərov tərəfindən bıçaqlanmaları müəyyən edilib.Əməliyyat-axtarış tədbirləri ilə İ.Ömərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.