Nazir müavini: "Xaçmazdakı yanğının günahkarları cəzalandırılmalıdır"
12-07-2022, 18:55
Oxunub: 4 312
"Xaçmazdakı yanğının günahkarları cəzalandırılmalıdır".
Bolgexeber.com xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
Şimal bölgəsində yanan ərazilərə baxış keçirən nazir müavini deyib ki, yanğınla bağlı müafiq komissiya yaradılıb.
"Həm səbəblər araşdırılır, həm də dəymiş ziyan hesablanır. Hüquq-mühafizə orqanlarından xahiş edirik ki, günahkarlar tapılsın. Belə meşəlik ərazini bərpa edib öz vəziyyətinə qaytarmaq üçün 50 il lazımdır. Samur-Yalama meşələri nəinki ölkəmiz, həmçinin dünya üçün əhəmiyyətlidir. Bu meşə tipi nadir hesab olunur. Cənubi Qafqazda yalnız Azərbaycan və Dağıstanda rast gəlinir. Biz meşələrimizi gələcək nəsillər üçün qorumalıyıq. Vətəndaşlara səslənirəm, ayıq-sayıq olun. Taxıl biçilmiş əraziləri yandırmayın", - V.Kərimov vurğulayıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər