BolgeXeber.Com » Xəbərlər » Qazaxda sevgilisini güllələyib öldürən şəxs tutuldu

Qazaxda sevgilisini güllələyib öldürən şəxs tutuldu

2-03-2015, 15:48
Oxunub: 5 088  Qazaxda  sevgilisini güllələyib öldürən şəxs tutulduDünən meyiti tapılan 29 yaşlı Qazax rayon sakininin qeyri-rəsmi yaşadığı kişi tərəfindən qətlə yetirildiyi müəyyənləşib

Baş Prokurorluqdan BOLGEXEBER.COM -a verilən məlumata görə, martın 1-də rayon sakini, 1986-cı il təvəllüdlü Abdullayeva Aynurə Xanqulu qızını qətlə yetirmiş şəxs tutularaq istintaqa cəlb edilib. Həmin tarixdə saat 16 radələrində A.Abdullayevanın yaşadığı evdə odlu silahla yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Rayon hüquq mühafizə orqanları tərəfindən aparılmış tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Qazax rayon sakini, 1968-ci il təvəllüdlü Veyisov Məcid Haqverdi oğlu tutulub. İstintaq zamanı H.Veyisovun qeyd edilən tarixdə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu A. Abdullayevanı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə sonuncuya bir dəfə atəş açaraq qəsdən öldürdüyü müəyyən edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
BOLGEXEBER.COM