BolgeXeber.Com » Xəbərlər » Bakıda istirahət mərkəzində bina çökdü - 2 NƏFƏR ÖLÜB, 4 NƏFƏR İSƏ YARALANIB+Foto

Bakıda istirahət mərkəzində bina çökdü - 2 NƏFƏR ÖLÜB, 4 NƏFƏR İSƏ YARALANIB+Foto

12-04-2017, 18:16
Oxunub: 2 519 Bakıda istirahət mərkəzində bina çökdü - 2 NƏFƏR ÖLÜB, 4 NƏFƏR İSƏ YARALANIB+FotoBakıda istirahət mərkəzində bina çökdü - 2 NƏFƏR ÖLÜB, 4 NƏFƏR İSƏ YARALANIB+FotoBakının Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində tikilməkdə olan binada uçqun baş verib

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə zamanı binada 6 nəfər olub.

Onlardan 2-nin meyiti çıxarılıb, 4 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 1-ə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.