BolgeXeber.Com » Xəbərlər » "Qırmızı Körpü" gömrük ­keçid mәntәqәsindә görünmәmiş qanunsuzluq

"Qırmızı Körpü" gömrük ­keçid mәntәqәsindә görünmәmiş qanunsuzluq

13-04-2017, 09:10
Oxunub: 2 968 "Qırmızı Körpü" gömrük ­keçid mәntәqәsindә görünmәmiş qanunsuzluqGürcü gömrükçülәrinin gülüşünә sәbәb olan olay "Vәtәndaşların gәtirdiyi mallar qanunsuz olaraq onların әllәrindәn alınır"

"Gündәm Xәbәr" redaksiyasına әn çox şikayәt daxil olan rayonlardan biri dә Qazax rayonudur. Qazax sakinlәrini növbәti dәfә redaksiyamıza müraciәt etmәyә mәcbur edәn sәbәbbu rayon әrazisindә yerlәşәn "Qırmızı Körpü" gömrük¬keçid mәntәqәsindә baş verәnlәrdir. Sakinlәrin bildirdiyinә görә, burada vәziyyәt günü¬günüdәn pislәşir. Sakinlәrşikayәt mәktubunda bu yaxınlarda baş verәn bir hadisәni ictimaiyyәtin diqqәtinә çatdırmağımızı xahiş edirlәr: "Vәtәndaşlarla apardığımız danışıqlardan mәlum oldu ki, gömrük mәntәqәsindә insanlar yersiz incidilir, haqsız olaraq onların mallarının әllәrindәn alınıb anbarlara qoyulması halları davam edir. Hәmin mallar anbara qoyularkәn, müvafiq akt tәrtib olunmasına baxmayaraq, vәtәndaşların özmallarını geri alması çәtinliklә başa gәlir. Vә ya vәtәndaşların malları ümumuyyәtlә geri qaytarılmır. Vәtәndaşların öz hüquqlarını bilmәmәsindәn dә gömrük әmәkdaşları istifadә edirlәr. Qanunsuz olaraq anbara aparılan mallar onlar aqaytarılmır. Hәmin malların kimlәr tәrәfindәn mәnimsәnildiyi dә mәlum deyil". Daha sonra sakinlәrkonkret faktdan da bәhs edirlәr: "Bu yaxınlarda vәtәndaşlardan biri kәnd tәsәruffatında, daha dәqiqi bitkiçilikdә istifadә olunan dәrman gәtirirdi. Hәmin dәrman Sәid adlı gömrük işçisi tәrәfindәn qanunsuz olaraq saxlanıldı.Malı saxlayan hәmin növbә rәisi rüşvәt kimi hәmin dәrmanın 50 әdәdini özü üçün istәyib. Buna dәrman gәtirәn vәtәndaş tәrәfindәn razılıq verilmәyib. Buna görә dә dәrmanlar qanunsuz olaraq, onun әlindәn alınıb vә anbara qoyulub. Hәmin vәtәndaş bitki dәrmanını geri götürmәk istәyәrkәn, malı gәtiren vәtәndaşlarla birlikdә dәrmanın Gürcüstan gömrük orqanlarına bu, gürcülәrin gülüşünә sәbәb oldu. Bu sәbәbdәn mallar yenidәn Azәrbaycan gömrüyünün ambarına qaytarılmışdır. Ertәsi gün vәtәndaş malını ambardan götürmәk üçün oraya gedib vә dәrmanlar ona qaytarılıb. Lakin hәmin dәrmanların 59 әdәdi gömrük әmәkdaşları tәrәfindәn mәnimsәnilib". Şikayәt müәlliflәri bildirirlәr ki, hәmin dәrmanların gәtirilmәsi üçün heç bir rüsum tәlәb olunmur: "59 әdәd dәrmanı mәnimsәnilәn vәtәndaşisә onları heç cür geri ala bilmir. Hörmәtli redaksiya, xahiş edirik ki, Qazax rayonu "Qırmızı Körpü" gömrük¬keçid mәntәqәsindә çalışan gömrük әmәkdaşlarının bu özbaşınalığını öz qәzetinizdә işıqlandırasınız".
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!