BolgeXeber.Com » Xəbərlər » Nərimanovda Heydər Əliyev irsinin öyrədilməsi məqsədilə xüsusi dərslər davam etdirilir
Nərimanovda Heydər Əliyev irsinin öyrədilməsi məqsədilə xüsusi dərslər davam etdirilir
18-04-2017, 19:53
Oxunub: 1 703
Dərslərin tədrisi zamanı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilir
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına əsasən müasir Azərbaycan tarixinin və Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə mütəmadi olaraq xüsusi qrafik üzrə rayonun Yeni Azərbaycan Partiyası və Azərbaycan Müəllimlər İnstitutunun Heydər Əliyev muzeyində ümumtəhsil məktəblərin XI sinif şagirdlərinə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə dərslər müvəffəqiyyətlə həyata keçirilir.
Dərslərin tədrisi zamanı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilir, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkürəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verilir.
Bu dərslərdə həyat və fəaliyyətini öz xalqının xöşbəxtliyinə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan bəhs olunur, Azərbaycanın inkişafı və tərəqqisi naminə gördüyü nəhəng işlər ətraflı təhlil edilir, ölkə həyatının bütün sahələrində qazanılan nailiyyətlər konkret faktlarla diqqətə çatdırılır.
Nərimanov rayon Yeni Azərbaycan Partiyası təşkilatında keçrilən dərsin yekununda təhsildə əldə etdiyi nailiyyətlərə, nümunəvi nizam-intizamına, həyata keçirilən layihələrdə fəal iştirakına görə bir qrup şagirdlər Fəxri Fərmanlarla təltif olunmuşdur.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər