BolgeXeber.Com » Xəbərlər » Masallıda ağır yol qəzası baş verib, 4 nəfər yaralanıb

Masallıda ağır yol qəzası baş verib, 4 nəfər yaralanıb

1-07-2017, 09:36
Oxunub: 2 382 Masallıda ağır yol qəzası baş verib, 4 nəfər yaralanıbMasallıda motosikletlə “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Həsənli kəndində qeydə alınıb.

Belə ki, “motosiklet”lə ”VAZ 2107”-nin toqquşması nəticəsində minik avtomobili idarəetməni itirərək kanala düşüb.

Nəticədə motosikletdə olan 3 nəfər - sürücü, Məmmədxanlı kənd sakini 42 yaşlı Fərahim Salayev, Stansiya kənd sakini, 29 yaşlı Röyal Talıbov və Həsənli kənd sakini 30 yaşlı Yalçın Məmmədov, eləcə də “VAZ”ın sürücüsü müxtəlif bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Fakt bağlı araşdırma aparılır.