BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı

24-09-2022, 17:27
Oxunub: 2 256 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 210 nəfər müalicə olunaraq sağalıb.
 Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 820 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 420 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 339 aktiv xəstə var. Bu günə qədər 9 903 nəfər vəfat edib.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 938, bu günə qədər isə ümumilikdə 7 234 280 test icra olunub.