BolgeXeber.Com » Xəbərlər » Ukrayna hərbçiləri daha bir yaşayış məntəqəsini azad edib

Ukrayna hərbçiləri daha bir yaşayış məntəqəsini azad edib

27-09-2022, 17:53
Oxunub: 2 192 Ukraynanın Xarkov vilayətinin Kupyansk-Uzlovoy qəsəbəsi Rusiya hərbçilərindən azad edilib.
“Ukraina online” xəbər verir ki, bunu Xarkov vilayəti Hərbi Administrasiyasının başçısı Oleq Sinequbov təsdiqləyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi uğurlu əməliyyat nəticəsində Kupyansk-Uzlovoy tamamilə və faktiki olaraq onun nəzarəti altındadır.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu il fevralın 24-də başlayıb.