Qarabağ erməniləri BAKIDA- VƏZİYYƏT DƏYİŞƏCƏK!
13-03-2023, 15:03
Oxunub: 1 312
Prezident Administrasiyası Qarabağdakı erməni əhalisi ilə növbəti görüşün Bakıda keçirilməsini təklif edir: gündəm reinteqrasiya və ermənilərin yaşadığı ərazilərdə infrastruktur layihələrinin müzakirə edilməsidir;
Görüş yeri kimi Bakının təklif edilməsinin əsas əhəmiyyəti odur ki, Qarabağdakı ermənilərlə təmaslarda reinteqrasiyanın alternativi yoxdur. Və rəsmi Bakı bu təkliflə birdən çox gediş edir:
Birincisi, erməni əhalinin nümayəndələri Bakıya gələcəksə, reinteqrasiyanı qəbul etmiş olacaqlar: Xocalı görüşündən sonra separatçılar bunun əleyhinə olan açıqlamalar vermişdi, mümkün Bakı görüşündən sonra vəziyyət dəyişəcək;
İkincisi, görüşün Bakıda keçirilməsi Rusiyanın “moderator” qismində iştirakını istisna edir: Xocalıdakı görüşün sülhməramlıların qərargahında baş tutması onların başda əyləşməsinə şərait yaradırdı;
Üçüncüsü, ermənilər görüşdən imtina edəcəksə, bu, onların “təmaslardan qaçdığı” deməkdir və Bakı “təmasların” indi qurulmasını istəyən Qərbə “prosesin qarşısını alan və erməni əhalisi ilə təmaslara imkan verməyənlərin” separatçılar olduğunu göstərə, onlara qarşı mümkün praktiki addımlarını “erməni əhalisinin hüquqlarının qorunması” adı altında da legitimləşdirə biləcək;
Görüş təklifində əsas məqamlardan biri də Qarabağda infrastruktur layihələrinin müzakirə edilməsidir. Ki bu, erməni əhalisinə Azərbaycana inteqrasiyanın daha yaxşı yaşamaq imkanı yaradacağına dair müsbət siqnallar ötürür
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər