BolgeXeber.Com » Xəbərlər » Elm və təhsil naziri Qazax rayonunda vətəndaşlarla görüşəcək

Elm və təhsil naziri Qazax rayonunda vətəndaşlarla görüşəcək

7-06-2023, 16:41
Oxunub: 1 056
Elm və təhsil naziri Emin Əmrullayev iyunun 19-da Qazax rayonunda vətəndaşlarla görüşəcək .

Bolgə.TV xəbər verir ki, nazirlikdən verilən məlumata görə, qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy sakinləri iştirak edə bilərlər.

Adları çəkilən rayonların sakinləri iyunun 14-ü saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər//metbuat.az