BolgeXeber.Com » Xəbərlər » Bu istiqamətə uçuşlar bərpa olundu

Bu istiqamətə uçuşlar bərpa olundu

8-03-2024, 12:11
Oxunub: 624

Azərbaycan Hava Yolları QSC (AZAL) martın 19-dan Bakıdan İsrailin paytaxtı Təl-Əvivə və əks istiqamətdə olan uçuşları bərpa edəcək.

Bolgə.TV xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Məlumata görə, ilkin mərhələdə aviadaşıyıcı həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və bazar günləri reyslər həyata keçirəcək. Apreldən isə uçuşlar həftədə 9 dəfə olacaq.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.