BolgeXeber.Com » Xəbərlər » Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndidə silah-sursat aşkarlanıb

9-03-2024, 12:44
Oxunub: 736

Xankəndidə silah-sursat aşkarlanıb.


Bolgə.TV xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 8-də Xankəndi şəhəri ərazisindən bir ədəd avtomat silahı, bir ədəd qumbara, dörd ədəd patron darağı, bir alışdırıcı, 241 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.