BolgeXeber.Com » Xəbərlər » Teraktda ölən Vüqar Azərbaycan vətəndaşıdır?

Teraktda ölən Vüqar Azərbaycan vətəndaşıdır?

23-03-2024, 16:27
Oxunub: 1 864
Azərbaycan Xarici İşlər Nazirliyi Moskvadakı “Krokus Siti Holl”da baş verən terror aktında Azərbaycan vətəndaşının ölməsinə dair məlumata münasibət bildirib.

Bu barədə XİN-dən Bolgə.TV-yə məlumat verilib.
Bildirilib ki, həlak olan şəxslərin siyahısındakı Vüqar Fuad oğlu Hüseynovun Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən hər hansı bir sənədə malik olmadığı müəyyən edilib.
Qeyd edək ki, daha əvvəl terakt nəticəsində bir nəfər azərbaycanlının həlak olması barədə məlumat yayılıb.