BolgeXeber.Com » Xəbərlər » Bakıda bayram festivalı keçiriləcək- ÖDƏNİŞSİZDİR!

Bakıda bayram festivalı keçiriləcək- ÖDƏNİŞSİZDİR!

3-04-2024, 18:54
Oxunub: 2 040
Elxan Paşayevin təşkilatçılığı ilə 10-11-12-13-14 aprel tarixlərində saat 12:00-dan 19:00-a dək Ramazan bayramı adı altında “BlueMall”da Bayram Festivalı keçiriləcək.

Giriş tam sərbəst və ödənişsizdir.
Müqəddəs Ramazan ayı öz bərəkəti və bayram ab-havası ilə sizləri sevindirir. 
Festival proqram olaraq tanınmış müğənnilərin çıxışları, hədiyyələrlə dolu lotereya, böyük markalardan ibarət yarmarka, bayram şənliyi və bol-bol əyləncəni əhatə edir.
Festivalda: 
- Tanınmış müğənnilərin iştirakı ilə möhtəşəm şou-proqram;
- 50-dən çox markanın yer alacağı yarmarka;
- ⁠Master-klasslar;
- ⁠Bayramın alış-veriş təlaşına uyğun məhsulların dadlandırılması və satışı;
- ⁠Korporativ əməkdaşlıqlar;
- Ramazan Bayramına özəl Fotozona və Festivalda iştirak edən markaların loqolarından ibarət “brandwall”;
- ⁠Böyük Səhnə;
- ⁠Musiqili qonaqlar, bayram motivlərini özündə əks etdirən personajlar və bayrama özəl oyun və əyləncələr;
- ⁠Tanınmış simalar, KİV-nin qonaqları, rəsmilər və bloqerlərin iştirakı;
- ⁠Bayram lotereyasının təşkili.
Festival beş gün saat 12:00-dan 19:00-dək davam edəcək.
Tel.: (+994) 51 241 04 04