BolgeXeber.Com » Xəbərlər » Güclü küləkdə iki nəfər xəsarət alıb

Güclü küləkdə iki nəfər xəsarət alıb

4-04-2024, 14:59
Oxunub: 960
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna güclü küləkdə xəsarət alan iki nəfər müraciət edib.

Bu barədə İnstitutdan  cavab olaraq məlumat verilib. Bildirilib ki, xəsarət alanlardan 1991-ci il təvəllüdlü kişiyə sağ mil sümüyünün başının sınığı, sağ pəncənin daraq sümüklərinin əsasının sınığı, 1971-ci il təvəllüdlü qadına isə döş qəfəsinin, mil bilək oynağının və hər iki diz oynağının əzilməsi, sol dizin ön səthinin sıyrılmış yarası diaqnozu qoyulub.
“Hər iki şəxs ilkin yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb”, - deyə məlumatda qeyd edilib.