BolgeXeber.Com » Siyasət » Rəsmi Bakı İrəvana çağırış etdi

Rəsmi Bakı İrəvana çağırış etdi

13-02-2024, 15:53
Oxunub: 896

XİN son hərbi təxribatlarla bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına cavab verib.


Bolgə.TV xəbər verir ki, bu barədə XİN bəyanat yayıb.

Bildirilib ki, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin təxribatına qarşı gördüyü tədbirlərin eskalasiya üçün bəhanə olması ilə bağlı iddiaları tamamilə əsassızdır.

“Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi təxribatdan sonra Azərbaycan tərəfi erməni hərbi postundan gələn təhlükəni aradan qaldırıb. Bu, sırf cavab tədbiri idi.

Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səyləri təhlükə altına qoya biləcək hərbi eskalasiyalardan çəkinməyə çağırır”, - məlumatda qeyd olunub.