Sumqayıtda «Qəssəbxana Xəstəxanası»
6-02-2012, 14:55
Oxunub: 4 938
Zaman İsgəndərovun qızına məxsus olduğu deyilən 1 saylı Doğum Evində artıq 5-ci dəfədir ki, ana reanimasiyaya, uşaq isə torpağın altına göndərilib
Dünən Sumqayıt həkimlərinin səhlənkarlığı nəticəsində gənc ana ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. Onun dünyaya gətirmək istədiyi körpəsi isə tələf olub. TİA.AZ saytı sosial şəbəkələrdə yayılmış məlumatlara əsasən bildirir ki, hadisə Sumqayıt şəhərində yerləşən 1 saylı Doğum Evində baş verib.
Məlumatda deyilir ki, doğum evinə normal vəziyyətdə gətirilənq 22 yaşlı ananı sonradan böyrək çatışmazlığı diaqnozu ilə reanimasiyaya yerləşdiriblər. Uşağın isə doğuş zamanı səhlənkarlıq üzündən tələf olduğu bildirilir. Hal hazırda süni nəfəs aparatına qoşulmuş gənc ananın hər an ölə biləcəyi vurğulanır.
Məlumatda bildirir ki, Sumqayıt Şəhər 1 saylı Doğum Evində bu ilk hadisə deyil. Həmin məlumatlara görə, sözügedən xəstəxanada qısa müddət ərzində uşaq və ananın ölməsi hallarının sayı 5-ə çatıb.
Maraqlısı odur ki, bu xəstəxana Sumqayıtda «məşhuri cahan» imiş. Belə ki, əhali arasında 1 saylı Doğum Evi «Zaman İsgəndərovun qızının Qəssəbxana Xəstəxanası» kimi tanınır.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər