Bərdədə şəhid Əlizadə Pərvin Vüqar oğlunun doğum günü qeyd olunub
11-09-2023, 15:48
Oxunub: 1 824
Bolgə.TV xəbər verir ki, Bərdədə şəhid Əlizadə Pərvin Vüqar oğlunun doğum günü qeyd olunub
Bərdənin Qazaxlar kəndindən olan şəhidin doğum günü münasibətilə məzarı ziyarət edilib xatirəsi anılmışdır. Mərasimdə rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyəti, şəhid ailələri və kənd sakinləri iştirak etmişlər.
Leytenant Əlizadə Pərvin Vüqar oğlu 11.09.1993- cu ildə Bərdə rayon Birinci Qazaxlar kəndində anadan olub. 2020-ci ilin sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş, Ağdərə istiqamətindəki döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə leytenant Əlizadə Pərvin Vüqar oğlu ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Allahdan şəhidimizə rəhmət diləyirik!
Çox Oxunanlar
- 6-09-2023, 16:00 : İlham Əliyev Fərman imzaladı
Siyasət / Xəbərlər
- 16-09-2023, 11:21 : Borca görə axtarışda olan 160 nəfər saxlanıldı
Xəbərlər / Ölkə
- 9-09-2023, 18:00 : Bu icra başçısı da müavinini işdən çıxardı
Xəbərlər / Ölkə
- 16-09-2023, 18:00 : NATO-nun Baş Qərargah rəisləri toplandı
Dünya / Xəbərlər
- 7-09-2023, 09:25 : 7-ci sinif şagirdi küləyə görə faciəvi şəkildə öldü
Sosial / Xəbərlər
- 26-09-2023, 17:46 : Çay Üzü kəndinə təbii qaz verilib
Xəbərlər / Ölkə
- 26-09-2023, 09:43 : Qənirə Paşayevanın son durumu açıqlandı
Xəbərlər / Ölkə
- 12-09-2023, 18:00 : Messi 11 milyona villa aldı
İdman / Xəbərlər
- 15-09-2023, 18:48 : Tərtərin Azad Qaraqoyunlu kəndində Heydər Əliyev Fondu tərəfindən inşa edilən məktəb binası istifadəyə verilib
Bölgə / Xəbərlər
- 30-09-2023, 18:18 : Ermənistandan açılan snayper atəşi: şəhidimiz var - MN
Xəbərlər / Ölkə