BolgeXeber.Com » Bölgə » Şirvanda müxtəlif növ silah-sursat tapılıb

Şirvanda müxtəlif növ silah-sursat tapılıb

5-12-2023, 10:23
Oxunub: 1 904

Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 1 nəfər şəhər sakini müvafiq sənədləri olmayan ov tüfəngini polis əməkdaşlarına təhvil verib.

Faktlarla bağlı araşdırmalar aparılır.