BolgeXeber.Com » Bölgə » Bərdədə xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü dərin hüznlə qeyd edildi

Bərdədə xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü dərin hüznlə qeyd edildi

12-12-2023, 16:30
Oxunub: 2 576

Bolgə.TV xəbər verir ki, Bərdədə xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü dərin hüznlə qeyd edildi


Dekabrın 12-də xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 20-ci ildönümü münasibəti ilə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, rayon sakinləri rayonun əsas meydanında və Heydər Əliyev adına Park bulvarda ucalan ümummilli lider Heydər Əliyevin heykəlləri önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini anmış, hörmət və ehtiramlarını bildirmişlər.