BolgeXeber.Com » Bölgə » İmişlidə silahların könüllü təhvil verilməsi üzrə işlər aparılır

İmişlidə silahların könüllü təhvil verilməsi üzrə işlər aparılır

14-12-2023, 17:27
Oxunub: 2 592

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, aparılan tədbirlər nəticəsində bugün rayon sakinləri tərəfindən 5 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.