BolgeXeber.Com » Bölgə » İmişlidə qanunsuz ov edən şəxs saxlanılıb

İmişlidə qanunsuz ov edən şəxs saxlanılıb

28-12-2023, 11:58
Oxunub: 2 416

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Məmmədli  kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən rayon sakini A.Ağayev saxlanılıb.


Həmin şəxsə məxsus nəqliyyat vasitəsinə keçirilən baxış zamanı 1 ədəd ov silahı, həmin silaha aid patronlar, 3 ədəd səsgücləndirici və digər ov qurğuları, eləcə də qanunsuz olaraq ovlanmış çöl ördəkləri aşkarlanaraq maddi sübut kimi götürülüb götürülüb.

Faktla bağlı İmişli RPŞ-də araşdırmalar aparılır.