BolgeXeber.Com » Bölgə » Balıq ovu edən şəxs saxlanılıb

Balıq ovu edən şəxs saxlanılıb

8-01-2024, 18:47
Oxunub: 1 712

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Mingəçevir su anbarında qanunsuz balıq ovu edən şəxs saxlanılıb


Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və hüquqazidd əməlləri törədən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, Mingəçevir su anbarında keçirilən növbəti yoxlamalar zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan R.Məmmədov saxlanılıb. Onun ovladığı balıqlar və istifadə etdiyi digər avadanlıqlar maddi sübut kimi götürülüb.