BolgeXeber.Com » Şou-Biznes » Tanınmış modelin ölkədən çıxışına qadağa

Tanınmış modelin ölkədən çıxışına qadağa

14-03-2024, 16:27
Oxunub: 1 864

Tanınmış model Səbinə Rufiz qızı Hüseynova vergi borcunu ödəmədiyi üçün məhkəmə qarşısına çıxarılacaq.


Dövlət Vergi Xidməti modelin ölkədən çıxışına məhdudiyyət qoymaq üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Məhkəmə prosesi hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, Səbinə Hüseynova 2018-ci ildə dələduzluq maddəsi ilə həbs edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il şərti cəzaya məhkum edilib.

Onu da bildirək ki, əməkdar artist Röya Ayxan bir neçə il bundan əvvəl S.Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. S.Hüseynovanın adı dələduzluq əməlində keçdiyi üçün R.Ayxan onunla iş birliyinə son qoyub.