BolgeXeber.Com » Sosial » 2015-ci il ilə bağlı əhalini düşündürən əsas suallardan biri nədir?

2015-ci il ilə bağlı əhalini düşündürən əsas suallardan biri nədir?

24-12-2014, 13:50
Oxunub: 3 250 2015-ci ildə kommunal xidmətlərdə qiymət artımı olacaq?

Əhalini düşündürən əsas suallardan biri də növbəti ildə kommunal xidmət sahəsində qiymət artımının olub-olmayacağıdır.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov açıqlamasında narahatlıq üçün əsas olmadığını qeyd edib:

"2015-ci ilin dövlət büdcəsi təsdiq olunanda kommunal xərclərlə bağlı heç nə nəzərdə tutulmadı. Məndə olan məlumata görə, deyə bilərəm ki, 2015-ci ildə kommunal xidmət sahələrində qiymət artımı olmayacaq. Əgər belə bir dəyişiklik olacaqdısa, mütləq dövlət büdcəsində öz əksini tapardı".


Bolgexeber.com