BolgeXeber.Com » Sosial » Şagirdlərin elektron yerdəyişməsi prosesi başlanır

Şagirdlərin elektron yerdəyişməsi prosesi başlanır

23-10-2023, 09:50
Oxunub: 2 040
Bu gündən 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start verilir.

Bolgə.TV xəbər verir ki, Elm və Təhsil Nazirliyindən bildirilib ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

Eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər də oktyabrın 23–31-i tarixlərində ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.

Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az) vasitəsilə aparılacaq.