BolgeXeber.Com » Sosial » Ermənistan Rusiyaya Roma Statutunun tələblərindən yan keçəcək saziş təklif edib

Ermənistan Rusiyaya Roma Statutunun tələblərindən yan keçəcək saziş təklif edib

3-11-2023, 15:17
Oxunub: 2 976

Bölgə TV xəbər verir ki, Ermənistan Rusiyanı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun tələblərindən yan keçəcək dövlətlərarası saziş imzalamağa dəvət edib.

Bunu parlament sədrinin müavini, baş nazir Nikol Paşinyanın “Vətəndaş Sazişi” partiyasının İdarə Heyətinin üzvü Akop Arşakyan brifinqdə deyib.

“Roma Əsasnaməsinin ratifikasiyasına bir neçə ay qalmış biz Rusiyanı ikitərəfli saziş imzalamağa dəvət etdik ki, dövlətlərarası hüquqi münasibətlərimiz beynəlxalq strukturlarda yoxlanılmasın, ratifikasiya əlaqələrimizə təsir etməsin. Əslində, hələ cavab almamışıq, amma Roma Statutunun qüvvəyə minməsinə hələ çox vaxt var. Hüquqi baxımdan bizim iki ölkəyə toxunan məsələlərlə bağlı beynəlxalq məhkəmə qərarlarının tətbiqini istisna edən sazişimiz ola bilər”, - deyə o bəyan edib.