BolgeXeber.Com » Sosial » 14 yaşdan kiçiklər üçün sosial media qadağası

14 yaşdan kiçiklər üçün sosial media qadağası

26-03-2024, 17:50
Oxunub: 3 984
ABŞ-ın Florida ştatının qubernatoru Ron Desantis 14 yaşından kiçik uşaqların sosial media hesablarına malik olmasını qadağan edən, 14 və 15 yaşlı uşaqlara isə valideynlərinin icazəsi ilə hesab açmağa icazə verən qanunu imzalayıb.

Bolgə.TV bu barədə "Haber Global"a istinadən xəbər verir.
Florida Qubernatorluğu tərəfindən edilən açıqlamada sosial medianın uşaqlara müxtəlif formalarda zərər verdiyinə diqqət çəkilib.
"İnternet uşaqlarımız üçün qaranlıq bir xiyaban oldu, burada yırtıcılar onları hədəf alır və təhlükəli sosial media depressiya, özünə zərər və hətta intihara səbəb olur" - deyə, açıqlamada qanun layihəsinin tərəfdarlarından olan Nümayəndələr Palatasının sədri Paul Rennerin sözlərinə yer verilib.
Florida ştatında qanun 14 yaşından kiçik şəxslərin sosial media hesablarına malik olmasını qadağan edir. Valideynlərə 14 və 15 yaşlı uşaqların sosial şəbəkə hesablarının olub-olmamasına qərar vermək səlahiyyəti verilib.