BolgeXeber.Com » İdman » "Qarabağ"ın oyununa bilet almaq istəyənlərin NƏZƏRİNƏ

"Qarabağ"ın oyununa bilet almaq istəyənlərin NƏZƏRİNƏ

12-02-2024, 17:37
Oxunub: 2 360

Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu üçün satılan biletlərin sayı açıqlanıb.


Ağdam təmsilçisindən Bolgə.TV-yə verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya indiyədək 15 min bilet satılıb.

Biletlərin qiyməti 5, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorları üçün biletlər 300 manata satılır.

Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də Bakıda keçirəcək.