BolgeXeber.Com » İdman » "Qalatasaray"a kubokda şok zərbə

"Qalatasaray"a kubokda şok zərbə

1-03-2024, 09:33
Oxunub: 1 432

Futbol üzrə Türkiyə Kubokunda yarımfinala vəsiqə qazanan sonuncu komandanın adına aydınlıq gəlib.

Bolgə.TV xəbər verir ki, "Qalatasaray" doğma meydanda "Fateh Karagümrük"lə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 6-cı dəqiqədə Markos Vinisius Amaral Alves açıb. Matçın yekun nəticəsini 84-cü dəqiqədə Rian Mendes müəyyənləşdirib.

"Fateh Karagümrük" növbəti mərhələdə "Trabzonspor"la, "Beşiktaş" isə "Ankaragücü" ilə qarşılaşacaq.